Bu gün səhər Qahirənin Əl-Fəttah məscidini mühasirəyə almış Misirin təhlükəsizlik qüvvələri oraya daxil olublar.
Misir ordusu bildirib ki, təhlükəsizlik qüvvələrinin məscidə girməkdə məqsədləri, aksiyaçılarla müzakirə və onları bu məscidi tərk etməyə qane etmək üçün səy göstərməkdir.
Belə bir halda, aksiyaçılar təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaq və ya öldürülməkdən nigaranlıq ediblər.
Digər tərəfdən, şahidlər deyiblər ki, bir qadın Əl-Fəttah məscidində təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazın işlədilməsi üzündən həlak olubdur.
Misirin təhlükəsizlik qüvvələri dünəndən bəri Əl-Fəttah məscidini mühasirə ediblər.
Misirdə “Müsəlman qardaşları” təşkilatı bir bəyanat yayaraq, öz tərəfdarlarından istəyibdir ki, qarşıdakı bir həftədə bu ölkə dövlətinə qarşı aksiyalarını davam etdirsinlər.
Misirdə sərt tədbirlər ötən çərşənbə günündən ordu qüvvələrinin misirli etirazçılara hücum etmələrinin ardınca kəskinləşib və indiyədək minlərlə nəfər həlak olub və ya yaralanıbdır.