AzərbaycanDünyaXƏBƏRLƏR

Elmar Məmmədyarov: Qarabağ Sülh Müzakirələri boykot edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Qarabağ sülh müzakirələrinin boykot edildiyini bildirib.

Elmar Məmmədyarov çərşənbə axşamı Moskvada rus həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib: Qarabağ sülh müzakirələri 1994-cü il Praqa iclası ilə başlanmış oldu və uzun bir müddət üçün ATƏT-in Minsk Qrupunun nəzarəti altında erməni tərəfi ilə dəfələrlə danışıqlar həyata keçirdik.

E.Məmmədyarov əlavə edib: Ermənistan Qarabağın ətrafında yerləşən ərazilərin işğalına son qoyacağı haqda üzərinə öhdəlik götürdü. Azərbaycan Respublikası da məntəqədə sabitlik və təhlükəsizliyə təminat verəcəyi, habelə didərginlərin öz evlərinə qayıtmalarına şərait yaradacağı haqda öhdəlik qəbul etdi.

Azərbaycan Respublikasının xarici işlər naziri Praqa müzakirələrinin 2007-ci ildə “Madrid Prinsipləri” adlı sənədin hazırlanmasına və həmin tarixdən 2009-cu ilə kimi bir neçə dəfə prezidentlər səviyyəsində görüşlərin keçirilməsinə səbəb olduğunu deyərək əlavə etdi: Amma təəssüflər olsun ki, 2011-ci ildə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 3 tərəfli Kazan iclasının ardınca Qarabağ sülh müzakirələri demək olar ki, boykot edildi.

O, Azərbaycanın Minsk Qrupu həmsədrlərinin baxışları ilə razılaşdığını deyərək, vurğulayıb: Qarabağ münaqişəsinin hazırkı vəziyyətinin qəbuledilməz olması məsələsində isə hamı ortaq fikrə malikdir.

Azərbaycan Respublikasının xarici işlər naziri əlavə edib: Ermənistan qüvvələri işğal edilmiş əraziləri tərk etməlidirlər ki, Qarabağ sülh müzakirələrində irəliyə doğru bir sıçrayış baş versin.

E.Məmmədyarov Azərbaycanın xarici siyasətinin münasib qonşulara malik olmaq üzərində qurulduğunu deyərək, bu prinsip əsasında sabiq Sovet İttifaqı dönəmində olduğu kimi Ermənistan ilə dostcasına münasibətlərə malik olmaq istədiyini bildirib.
Rusiya xarici işlər naziri də bu mətbuat konfransında deyib: Qarabağda status-kvonun qorunması yalnız Azərbaycan üçün deyil, Ermənistan üçün də qəbuledilməzdir.

Lavrov əlavə edib: Ermənistan iqtisadi mühasirə şəraitindədir və ən qısa zamanda bu vəziyyətdən xilas olmaq istəyir.
S.Lavrov həmçinin deyib: Rusiya da mövcud vəziyyəti qəbuledilməz hesab edir. Çünki Qafqaz məntəqəsində sabitlik və təhlükəsizliyin təmin edilməsi bizim üçün başlıca önəm kəsb edir.

Rusiya xarici işlər naziri Bakı-Novorossiysk neft boru kəməri haqda da deyib: Bakı və Moskva bu məsələ ətrafında anlaşmaya nail olmaq ərəfəsindədirlər və yeni anlaşma gerçəkliklər əsasında olmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu