Prokurorluğ İsrail rejimi vətəndaşlarına orqanların satılmasını təsdiq edib
Azərbaycan Respublikası Baş Prokurorluğu İsrail rejimi vətəndaşlarına insan orqanlarının satılmasını etiraf edib, ABU-nu bu hadisə də günahlandırıb.
Azərbaycan Respublikası Baş Prokurorluğun yaydığı məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Universiteti günahlandırılır.
Belə ki, (ABU) nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar o cümlədən 11 sionist İsrail vətəndaşı 1 nəfər Fransa və 1 nəfər ABŞ vətəndaşlarına insan orqanlarının transplantasiya edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu bildirib ki, hadisə2009-cu il Elşad Abdullayevin rektoruluğu zamanı baş verib.
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin tabeçiliyində olan Tibb Mərkəzinin baş həkimi Dilarə İsmayılovaya həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq verib.
Dilarə İsmayılova hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dolları məbləğində pulu alaraq (insan orqanların və ya toxumalarının alqı-satqısı) və (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Dilarə İsmayılova barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin mühacirətdə yaşayan rektoru Elşad Abdullayev ölkə də külli miqdarda korrupsiya faktlarının videolarını son bir ildə yaymağla, hökumətin başağrısına çevrilib.
