ABŞ-ın Dövlət Katibi Con Kerri bildirib ki, İran ilə imzalanmış saziş ilkin razılaşmadır və gələcəkdə digər sazişlər də olacaq.
İranın xarici işlər naziri Muhəmməd Cavad Zərifə minnətdarlığını bildirən Con Kerri deyib ki, biz belə bir şərait yaratmalıyıq ki, mükəmməl razılığa gələk.
Kerri əlavə edib : “Bu çətin iş idi. Biz bu nəticəyə çatdıq ki, İran nüvə silahına əl tapmayacaq. Bizim məqsədimiz yalnız sanksiya tətbiq etmək deyildi. Ancaq məqsədimiz razılığa gəlmək idi.”