Ərəb və Afrika işlərindən məsul İran İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, təkfiri terrorist IŞİD qrupunun Sionist rejim casusluq xidməti tərəfindən yetişdirildiyini ifadə etdi.
Əl-Əhd xəbərə şərhdə olan Əmr Abdullahiyan, IŞİD’ın İslama zərbə endirmək və bu ilahi dinin çöhrəsini zədələmək hədəflədiyini ifadə edərək, bölgə və beynəlxalq bəzi təhlükəsizlik və casusluq xidmətlərinin, “tərs mühəndislik” üsulu ilə bölgəni təxrib etməyi məqsəd qoyduğunu, Suriyada süni inqilabın da bu məzmundakı işlərindən olduğunu ifadə etdi.
Abdullahiyan həmçinin İran İslam Respublikasının Livan Hizbullah hərəkatı, hamas, Fələstin İslami cihad hərəkətlərinə dəstəyini vurğularkən, IŞİD’in Sionist rejimdən silah və maliyyə dəstək aldığını, davamlı işğal edilən Fələstin torpaqlarına getdiyini, elkaide və IŞİD arasında bir fərqin olmadığını ifadə etdi.
İran İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan həmçinin, terrorizm ilə mübarizədə İranın İraqa dəstəklərinə işarələ, İraq hökuməti və xalqına tekfirci terroristlərə qarşı döyüşdə dəstək vermənin, insani, İslami və beynəlxalq bir vəzifə olduğunu söylədi.