1-Rəsulullah (s.a.a) buyurmuşdur ki:
“Hüseyn məndəndir, məndə Hüseyndənəm; Hüseyni sevəni Allah sevsin. ”
2-Rəsulullah (sa a) bir gün İmam Hüseynin əlindən tutaraq belə buyurdu:
“Ey camaat! Bu Hüseyn min Əlidir; Onu tanıyın; canım əlində olan Allaha and olsun ki Hüseyn cənnətdədir, Onu sevənlər də cənnətdədir, Onu sevənləri sevənlər də cənnətdədir. ”
3- “Kim cənnət gənclərinin əfəndisinə baxmaq istəyirsə, Hüseyn min Əliyə baxsın.”
4- “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər. ”
5-Kim, göy əhli yanında yer üzü əhlinin ən sevilenine baxmaq istəyirsə, Hüseynə baxsın. ”
6- “Hüseyn məndəndir; o mənim oğlum və övladım, qardaşından sonra insanların ən üstünüdür; o müsəlmanların İmamı, möminlərin mövlası, aləmlərin Rəbbinin xəlifəsidir; kömək diləyənlərin köməyinə qaçan, sığınacaq axtaranların sığınacağı və Allahın yaratdıqlarına olan höccətidir; o, cənnət gənclərinin əfəndisi və ümmətin babıdır (qapısıdır); onun əmri mənim əmrim; ona itaət mənə itaətdir; ona uyan məndəndir; ona üsyan edən məndən deyil. ”
7- “Bir gün Peyğəmbər (sa a), Hüseyn (as) ‘ı qucağına alaraq belə buyurdu:” Hüseynin şəhadəti üzrə möminlərin ürəyində bir eşq vardır, o eşq əsla soğumaz. ”
Sonra buyurdu ki: “Atam, hər gözyaşının maktülün olana (Hüseynə) fəda olsun.”
Ey Rəsulullahın nəvəsi, hər gözyaşın maktülün nədir? dediklərində; “Onu anan hər mömin, mütləq ağlar” buyurdu.
8-Rəsulullah (sa a) bir gün İmam Hüseynin əlindən tutaraq belə buyurdu:
“Ey camaat! Bu Hüseyn min Əlidir; Onu tanıyın; canım əlində olan Allaha and olsun ki Hüseyn cənnətdədir, Onu sevənlər də cənnətdədir, Onu sevənləri sevənlər də cənnətdədir. ”
9- Bəra bin Azib deyir: Rəsulullahı (s) Hüseyni (kürəyində) daşıyarkən gördüm, belə buyurmaktaydı: Allahım! mən onu sevirəm sən də sev.
10- Mən Həsənə (a) səbir və elm hədiyyə edirəm Hüseynə (a) də hədiyyədə etmək və şəfqət.
11- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər. Babaları isə onlardan daha üstündür.
12- Həsən və Hüseyn Cənnət Gənclərinin əfəndiləridirlər.
Sırasına görə hadisə Mənbə:
1- Sünen-i Tirmizi, c.5, s.324. və Kənzül-Ümmal No: 037684
2- Biharul-Ənvar, c.43, s.262
3- A.K. c.43, s.298.
4- A.K. s.52 və 53.
5- Mənaqib-i İbn-i Şehraşub, cild 4, s.73.
6- Emali-yi Səduq, s.101.
7- Müstedrek’ul- Vəsail, c.10, s.318.
8- Biharul-Ənvar, c.43, s.262
9- Biharul Ənvar c.43 s.264
10- Biharul Ənvar c.43 s.263
11- Kənzül-Ümmal No: 037694, Biharul Ənvar: c.43 s.263 və 264
12- Kənzül-Ümmal No: 037693, 37682
