İbrani mediası Kanal 12 işğal qüvvələrinin Əqsa məscidində Türkiyə vətəndaşı olan turist qadını saxladığını açıqlayıb.
Məlumata görə, qadın sosial şəbəkələrdə Həmas hərəkatını dəstəkləyən məzmun yaymaqda şübhəli bilinir. Onun şəhidlər Əhməd Yasini və Yəhya Sinvarı tərifləyən paylaşımlar etdiyi, həmçinin Həmas hərəkatı ilə əlaqəsinin olub-olmadığının araşdırıldığı bildirilib.


