Dünya

Səudiyyə Ərəbistanı Yəmən müharibəsi üçün yeni hərbi komandan təyin etdi

Səudiyyə Ərəbistanı Yəmən müharibəsi üçün yeni hərbi komandan təyin etdi

Səudiyyə Ərəbistanı kralı Salman noyabrın 16-da Ər-Ruvaylini Birgə Qüvvələrin komandanı təyin edib. Ər-Ruvayli bu vəzifədə general-mayor Fəhd bin Həməd əs-Səlmanın yerinə keçib və eyni zamanda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini qoruyub saxlayıb.

Reuters-in məlumatına görə, Səudiyyə rəsmiləri Qərbdəki həmkarlarını hərbi əməliyyatların 2027-ci ilə qədər davam etdirilməsi və daha 6 aya qədər uzadılması ilə bağlı planlardan xəbərdar ediblər. Riyad Ənsarullah ilə danışıqlara başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin itirilmiş əraziləri geri qaytarmasını istəyir. Lakin hər hansı yeni hücumun nə vaxt başlayacağı hələ də məlum deyil.