İraqSuriyaXƏBƏRLƏR

İraqçı: Müsəlmanlar arasındakı məzhəb savaşlarının səbəbi xarici fitnələrdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, İslam Dünyası tez bir zamanda etnik və məzhəblərarası ixtilaflara son qoyaraq, təkfiri qrupları özündən uzaqlaşdırsın.

Seyid Abbas İraqçı bu gün yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat brifinqində Səhər telekanalı müxbirinin regionda xüsusilə Suriyada sələfilərin nüfuzunun genişlənməsi ilə bağlı sualına cavab olaraq deyib: Etnik və məzhəbi ixtilaflar və savaşların başlıca səbəbi əcnəbilərin fitnəsidir. Xüsusilə sionist rejim bu kimi təfriqə və ixtilafların ortaya atılmasında mühüm rola malikdir.
A.İraqçı həmçinin, Suriyada milli dialoqun izlənilməsi komitəsinin üzvlərinin Tehrana səfəri və İran rəsmiləri ilə görüşləri haqda da deyib: Bu komitənin üzvləri ötən aylar ərzində davamlı olaraq məsləhətləşmələr aparıblar və müsbət nəticələr də əldə ediblər. İndi isə Suriyada hərtərəfli müzakirələr və dialoq ardıncadırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu