İraqdakı bir təhlükəsizlik mənbəyi bu ölkənin şimalında oyanış qrupunun 5 üzvünün öldürülməsindən xəbər verib.
Səlahəddin şəhərindən verdiyi məlumata görə bu iraqlı təhlükəsizlik mənbəyi cümə günü(27 dekabr) bildirib: Silahlı hücumçular iki ədəd avtomobillə İraqın şimalında yerləşən Səlahəddin vilayətinin Bələd şəhərinin şərqində yerləşən Yəsrib məntəqəsində Oyanış qrupunun bir yoxlama-buraxılış postunu hədəfə aldılar ki, bu yoxlama-buraxılış postunda yerləşən bütün 5 qüvvə oldürüldü.
Bu hadisədən sonra silahlı şəxslər naməlum məkana qaçdılar.
