Dünya

İmam Müctəba Xamenei: Gənc yaşda evliliyə diqqət İranın güclənməsi üçün təsirli addımdır

İmam Müctəba Xamenei: Gənc yaşda evliliyə diqqət İranın güclənməsi üçün təsirli addımdır

İmam Müctəba Xamenei gənc yaşda evliliyin asanlaşdırılmasına ciddi və hərtərəfli diqqət yetirilməsini İranın daha da güclənməsi istiqamətində təsirli addım adlandırıb.

O, fərdi sağlamlığın təmin edilməsinə, övlad sahibi olmağın dəstəklənməsinə, ailə mərkəzli mədəniyyətin təbliğinə və bu sahədə uğurlu nümunələrin təqdim edilməsinə diqqət yetirilməsinin də ölkənin güclənməsinə mühüm töhfə verəcəyini bildirib. Həmçinin bu məsələlərin bütün xalq, xüsusilə də gənclər üçün düzgün izah edilməsinin həmin istiqamətdə əlavə yardım olacağını vurğulayıb.