Bu gün İmamət və vilayət səmasının 4-cü parlaq ülduzu Həzrət İmam Zeynəlabidin Səccad (əs)-ın şəhadətinin ildönümüdür. İslami İran xalqı həmin münasibətlə, dini məkanlara toplaşaraq matəm mərasimləri həyata keçirirlər.
Bu gün şənbə 1435-ci h.q ili 12 məhərrəm, 2013-cü milad ili 16 noyabr şiələrin Səccad (yaxud çox səcdə edən) ləqəbi ilə tanınan 4-cü imamı Həzrət İmam Zeynəlabidin (ə)-ın şəhadətinin ildönümünə təsadüf edir.
Həzrət Səccad (ə) 95-ci hicri qəməri il 12 məhərrəm günü şəid edildi. O həzrət 38-ci h.q ili Mədinə şəhərində dünyaya göz açıb.
Həzrət Səccad Aşura hadisəsində xəstəlik yatağına düşmşdü. İmam Hüseyn (ə)-ın əzəmətli hərəkatından sonra, Aşura müraciətinin yayılması məsuliyyəti və atasının yolunun davam etdirilməsi məsuliyyəti o həzrətin üzrəinə düşüb və o isə Aşura hadisəsinin mahiyyətini və əhəmiyyətinin müxtəlif cəhətlərini tanıtdırmaq üçün çoxlu səylər həyata keçirib.
Həzrət Səccad (ə) İslam mədəniyyəti və sivilizasiyasının binövrəsinin qoyulması həmçinin Quran Kərim təlimlərinin yayılması üçün artıq çalışdı və özəl bəsirətlə, müsəlman alimlərin yetişdirilməsinə səy göstərdi ki, beləliklə Quran Kərim və Peyğəmbər (s.ə.s)-ın sünnəsi qorunub saxlansın.
İslami İran xalqı Həzrət Səccad (ə)ın şəhadətinin ildönümündə dini məkanra, o cümlədən Həzrət İmam Rza (əs)-ın Məşhəd şəhərində yerləşən hərəminə və ölkənin şimal şərqində yerləşən Həzrət Məsumə (sə)-ın Qum şəhərindəki hərəmində bir araya gələrək, əzadarlıq mərasimləri həyata keçirirlər.
İRİB Tele-Radio Təşkilatının Azeri Radiosu isə həmin münasibətlə bütün şiələri və azadlıqsevər insanları, o cümlədən müsəlman və şiə azərbaycanlı bacı və qardaşlarımıza baş sağlığı verir.