Tehranın cümə namazı xətibi Altılar Qrupunun İran ilə nüvə müzakirələrində yaranmış atmosferdən Tehran qarşısındakı öncəki yanlış davranışlarına düzəliş etmək üçün istifadə etməli olduğunu bildirib.
Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sediqi bu gün cümə namazı xütbələrində deyib: Əgər 5+1 Qrupu da İran İslam Respublikası kimi danışıqlara sədaqət, məntiq və hikmət ilə daxil olarsa, bu mövzu hər iki müzakirə tərəfinin xeyrinə olmuş olar.
Höccətülislam vəlmüslimin Kazım Sediqi İranın 5+1 Qrupu ilə nüvə danışıqlarındakı müzakirə heyətinin rəftarının qənaətbəxş olduğunu vurğulayaraq, deyib: İranın müzakirə heyətindəki insanlar xalqın etimad etdiyi insanlardır və 5+1 Qrupu ilə danışıqlarda İranın milli mənafeyi, məsləhəti və izzətini tam formada müdafiə edirlər.
Tehranın cümə namazı xətibi əlavə edib: Nüvə danışıqlarında istənilən qərarın qəbul edilməsi milli mənafeyin, İran xalqının qəhrəmanlıq ruhiyyəsinin və iranlı gənclərin elmi inkişafa nail olmaq istəyini müdafiə sahəsində olmalıdır.
Höccətülislam vəlmüslimin Kazım Sediqi bəzi tərəflərin danışıqların gedişində maneələr törətməyə cəhd göstərmələrinə işarə edərək, deyib: Onlar bilməlidirlər ki, danışıqların nəticəsiz başa çatması İran xalqının istiqlalsevərlik ruhiyyəsinə heç bir mənfi təsir buraxmayacaq.
Tehranın cümə namazı xətibi qərblilərin son Cenevrə müzakirələrini İranın korlaması barəsindəki iddialarını diqqətləri yayındırmaq istiqamətində aparılan bir təbliğat adlandırıb və deyib: Buna baxmayaraq, Qərb hələ də İran İslam Respublikası tərəfindən onun üçün yaradılan müsbət atmosferdən yararlanaraq, nüvə işini həll etmək fürsətinə malikdir.
Tehranın cümə namazı xətibi vurğulayıb: İran nüvə müzakirələrində heç vaxt zəif mövqedən çıxış etməyib. Çünki, istənilən təhdid və təzyiq qarşısında müqavimət göstərmək qüdrətinə malikdir və bu gün hər zaman olduğundan daha artıq milli birliyə və iqtidara sahibdir.