DünyaXƏBƏRLƏR

İndoneziya parlamentinin sədri bu axşam Tehran gəlir

İran parlament sədrinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İndoneziyanın parlament sədri həmçinin Cənubi Koreyanın parlament nümayəndə heyəti bu axşam (18 noyabr) Tehrana daxil olacaq.

Hüseyn Şeyxülislam İndoneziyanın parlament sədri Mərzuq Əli Tehrana 3 günlük səfəri çərçivəsində İran İslam Şurası Məclisinin sədri  Əli Laricani həmçinin İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Burucerdi və bu ölkənin digər yüksək vəzifəli rəsmilərindən bir qrupu ilə görüşüb, fikir mübadiləsi aparacaq.

Şeyxülislam əlavə olaraq deyib: Cənubi Koreyanın parlament nümayəndə  heyəti iki günlük səfər məqsədi ilə bu axşam Tehrana daxil olacaq.

Laricaninin beynəlxalq məsələlər üzrə müşaviri xatırladıb: Cənubi Koreyanın ticarət, birlik və beynəlxalq məsələlər komitəsinin sədri nümayəndə bir heyətin tərkibində İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Burucerdinin dəvəti ilə Tehrana səfər edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu