AvropaİranXƏBƏRLƏR

İranla 5+1 qrupunun Cenevrə müzakirələri davam edir

İsveçrənin Cenevrə şəhərində nüvə müzakirələrinin 3-cü günündə İranla 5+1 qrupunun yüksək səviyyəli rəsmilərinin diplomatik danışıqları davam etməkdədir.

İranın müzakirə heyətinə yaxın olan bir rəsmi İran, İngiltərə və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyinin Xarici Siyasət Koordinatoru arasındakı görüşlərə və müzakirələrə işarə edərək deyib: Danışıqlar haqda cari mövzular barədə fikri mübadilələrinin aparılması müzakirələrin ən mühüm predimeti idi və Almaniya və İngiltərənin xarici işlər nazirləri danışıqlar;n Makro-prosesini himayə etdiklərini bildirdilər.
Bundan öncə də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, Fransanın xarici işlər naziri Loran Fabius və AB-nin Xarici Siyasət üzrə Koordinatoru Katrin Aşton arasındakı iclas keçirilmişdi.
Zərif , Con Keri və Aşton arasında üçtərəfli görüş bu gün yerli vaxtla axşam çağı həyata keçirilib.
İranın xarici işlər naziri, Amerikanın dövlət katibi və AB-nin Xarici Siyasət üzrə Koordinatoru arasında ehtimalı nüvə anlaşmasının ilkin mətnini araşdırmaq üzrə üçtərəfli müzakirələr, 5 saatdan sonra, ötən gecə sona çatdı. Hələ Zərif , Keri və Aşton arasındakı müzakirələrin detalları haqda heç bir məlumat yayılmayıb, amma İranın yüksək səviyyəli müzakirəçisi seyid Abbas İraqçi üçtərəfli müzakirələrin sona çatmasından sonra bu müzakirələrin yaxşı və konstruktiv olduğunu bildirdi.
“Bəzi irəliləyişlər əldə edildi və mənfi nöqtələr azaldı. Amma hələ çox işlər qalır.” Deyə İraqçi bildirdi.
Amerikanın dövlət katibi də Zərif və Aştonla olan üçtərəfli müzakirələrin çətin olduğunu bildirdi.
Katrin Aşton isə bu haqda detallara işarə etməkdən çəkinsə də, AB-nin xarici siyasət üzrə koordinatorunun sözçüsü Cenevrə müzakirələrində böyük irəliləyişlərin əldə edilməsindən xəbər verdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu