Minlərlə İngiltərə müəllim bu ölkə hökumətinin təhsil siyasətləri və işlərinin ağır şəraitinə etiraz olaraq bu gün çərşənbə aksiya keçiriblər.
İngiltərə müəllimlərinin Milli Birliyi bu aksiyanı proqramlaşdırıb. Bu birlik bəyanat yayaraq elan edib: Hökumət rəsmilərinin işin çətin şəraiti ilə əlaqədar müəllimlərin tələblərinə etinasızlıqları, əmək haqların hesablanması metodunun dəyişilməsi, təhsil proqramlarındakı dəyişikliklər, təqaüd yaşının çoxaldılması və hökumətin təqaüdə çıxanlar və Valyuta fondlarına müdaxilə etməsi bu geniş etirazının səbəblərindəndir.