
İngiltərədə tanınmış bir hərbi akademiya Bəhreyn kralından nəhəng miqdarda pul aldıqdan sonra bir idman kompleksini Həməd adı ilə adlandırıb. Bu hərəkət isə ekspertlərin bir çoxunun nəzərincə İngiltərə dövlətinin ziddiyyətli siyasətlərinin davamı və İngiltərənin repressiv Ali-Xəlifə rejiminin himayə edilməsinin göstəricisidir.
Səhər Telekanalı Saytının verdiyi məlumata görə İngiltərənin Mile And Sunday qəzeti belə yazıb: “ Ali-Xəlifə rejiminin İngiltərənin tanınmış Soundherst Hərbi Akademiyasına 3 milyon funt sterlinqlik yardımından sonra bu akademiya Bəhreyn kralı Həməd Bin İsa Ali-Xəlifənin adını bir idman kompleksinin adı kimi seçib”.
Bu qəzet Bəhreyn kralını bəhreynli aksiyaçıları repressiyalara məruz qoyan şəxs adlandırıb.