DünyaXƏBƏRLƏR

İngiltərə xalqı vergilərin artmasına etiraz edib

Minlərlə ingilis şənbə günü günortadan sonra bu ölkənin koalisiya hökumətinin yeni layihəsinə etiraz əlaməti olaraq aksiyalar keçirib.

Bu aksiyalarda iştirakçılar şüarlar səsləndirərək hökumətin sərt iqtisadi siyasətləri, xüsusilə də rifah və kommunal xidmətlərlə bağlı xərclərin azaldılması sahəsindəki siyasətlərini pisləyib və baş nazir David Kamerondan bu siyasətlərə yenidən baxmasını istəyiblər.

Bu aksiyaların təşkilatçıları bildiriblər ki, İngiltərənin 50 böyük və kiçik şəhərində hüquq fəalları şənbə günü bu etirazlara qoşulub və aksiyalar keçirərək vergilərin artırılması və kommunal xərclərlə bağlı yardımların azalmasına qarşı çıxıblar.

Aksiyalar London, Mançester, Liverpul, Birmenqem, Lids, Edinburq, Belfast və Kardif kimi şəhərlərdə keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu