İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İran İslam Respublikasının hava məkanını pozan düşmənə məxsus kəşfiyyat PUA-sını Fars körfəzinin şimalında, Buşehr sahilləri qarşısındakı sularda dəqiq və təsirli atəşlə izləyərək məhv edib.
İnqilab Keşikçiləri Korpusu yeni və qabaqcıl hava hücumundan müdafiə sistemindən istifadə edilən bu əməliyyatla bağlı vurğulayıb ki, İran İslam Respublikasının hava məkanının hər hansı şəkildə pozulması heç bir halda qəbul edilməyəcək. Korpus həmçinin düşmənin müxtəlif kəşfiyyat və hərbi vasitələrdən istifadə cəhdlərinin İslam döyüşçülərinin sayıqlığı, hazırlığı və qətiyyətli cavabı ilə qarşılaşacağını və məğlubiyyətə uğrayacağını bildirib.




