
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər beynəlxalq müsabiqələrin medalçıları, baş məşqçiləri və veteran idmançılar habelə, İdman və Gənclər nazirliyi və idman federasiyalarının məsul şəxsləri ilə görüşüblər.
İnqilab Rəhbəri bu görüşdə çempion və pəhləvan idmançıları İran xalqının həqiqi mahiyyətini, şəxsiyyətini, möhkəm iradəsini, ali dərrakəsini və şəriətə olan sədaqətini dünyaya tanıtdıran səfirlər adlandırıblar.
İnqilab Rəhbəri bu görüşdə idmançıların beynəlxalq mübarizə meydanında əxlaq normalarına, mərdlik qaydalarına və şəri göstərişlərə riayət etmələrini bir xalqın ali dəyərləri və xüsusiyyətlərinin dünyada təbliğ edilməsi adlandırıb və deyiblər: Bu məsələlərdən biri və mühüm olanı idmançı qızların beynəlxalq yarışlarda islami hicaba riayət etmələridir ki, bu son dərəcə mühüm, dəyərli və fövqəladə bir hərəkətdir.
İslam İnqilabının Böyük Rəhbəri Avropada hicablı müsəlman qadınlarına qarşı qətl, təcavüz və təhdid kimi müxtəlif hallara işarə edərək, deyiblər: Belə bir şəraitdə bir müsəlman İran qadını hicablı formada qəhrəmanlıq kürsüsündə dayanırsan və hamını alqışa məcbur edirsə, bu doğrudan da böyük bir işdir.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Hamı ürəkdən hicab, mətanət və vüqar ilə beynəlxalq yarışlarda iştirak edən idmançı qadınlara təşəkkür etməlidir.
İslam İnqilabının Böyük Rəhbərinin çıxışından öncə beynəlxalq yarışların medalçılarından və veteran idmançılardan 6 nəfəri ölkənin idman məsələləri ilə bağlı öz fikirlərini və təkliflərini açıqlayıblar.
2012-ci il London Olimpiya Yarışlarının iştirakçısı, İranın atıcılıq üzrə yığma komandasının üzvü Məhliqa Canbozorgi iranlı qadın idmançıların hicablarını qorumaqla yanaşı beynəlxalq yarışlardakı iqtidarlı çıxışına işarə edərək, deyib: Belə bir iştirak digər müsəlman ölkələrindən olan qadın iştirakçılara da böyük təsir bağışlayır.
Sonda idmançılar və medalçılar İnqilab Rəhbəri ilə səmimi ortamda söhbət ediblər.