İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran xalqının rəyi ilə seçilmiş Həsən Ruhaninin prezidentlik hökmünün təsdiqlənməsi mərasimində deyib: İran İslam Respublikası quruluşu dini demokratiyanın uğurlu nümunəsidir.
Həzrət Ayətullahülüzma Xamenei İran xalqının İslam İnqilabından öncəyə kimi demokratik bir hakimiyyət təcrübə etmədiyini bildiriblər.
İslam İnqilabının Böyük Rəhbəri dini demokratiya ilə bağlı söhbətlərinin davamında deyiblər: Dini demokratiyada xalq hər il İran İslam Respublikasının mühüm məsələlərində iştirak edir, təsirli rol oynayır.
Həzrət Ayətullahülüzma Xamenei düşmənlərin İran xalqına qarşı sanksiyaları haqda da deyiblər: Sanksiyalar dövründə İran xalqı və rəsmiləri son dərəcə dəyərli təcrübələr kəsb ediblər.
İnqilab Rəhbəri sanksiyaların bir dərs olduğunu və inkişaf üçün yerli imkanlara arxalanmaq lazım gəldiyini deyərək, vurğulayıblar: Qərblilər İranın elmi inkişafına mane ola bilməyiblər.
Həzrət Ayətullahülüzma Xamenei İran xalqının Qüds Günü yürüşündəki əzəmətli iştirakına toxunaraq deyiblər: İran xalqı cümə günü müqaviməti bir daha dünya ictimaiyyətinin gözləri önündə sərgilədi və Qüds və sionistlərlə bağlı mövqeyini dünyaya nümayiş etdirdi.