Dünyaİranİslami oyanış dalğasıXƏBƏRLƏR

Ayətullahülüzma Xamenei: Qərb qarşısında tam güclü olmaq lazımdır

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü(9 avqust) ölkənin bütün İmam Cümələrinin o həzrətlə görüşlərində İran və dünyanın məsələlərinə makro və həqiqətgörənliyə əsasən olan baxışın əhəmiyyətinin səbəbləri haqda belə buyurublar: Qərb müstəmləkəçilik dövründə özünün Şərq, o cümlədən İslam dünyasına qarşı iqtisadi, siyasi və mədəni istilasını genişləndirdi və elmi və texnologiya inkişaflarına görə belə təlqin etməyə çalışdı ki, bütün hesablamaların örnəyi və mərkəzliyi Qərb dünyasıdır.

Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: Onlar hətta coğrafi hesablamaları da Qərb dünyasının əsilliyi və üstünlüyü əsasında dəyişdirdilər və Yaxın-Şərq, Orta-Şərq və Uzaq-Şərq kimi yanlış terminləri yaratdılar.

İslam İnqilabının Böyük Rəhbəri müstəmləkəçilik dövrünə görə Qərbin mütləq və ərbab-xarakterli hakimiyyətinə işarə edərək, belə bildiriblər: bütün region ölkələri, o cümlədən İranın, Qərb və materialist dünyanın istilasının təsiri altında olduğu belə bir şəraitdə İranın İslam İnqilabı mütləq istiqlaliyyət, İslam dininə bağlılıq və Qurani-Kərim əsaslarına arxalanaraq zəfər çaldı və qərblilərin tarixi binalarına ağır zərbə vurdu.

Həzrət Ayətullahülüzma Xamenei sonra belə vurğulayıblar: Hazırda region və İslam dünyasının vəziyyəti belədir ki, qərblilər İslam İnqilabının təfəkkürü ilə rəqabətdə geri qaldıqlarını düşünürlər. buna əsasən də özlərinin bütün güclərini işə salıblar ki, bu geridə qalmanı aradan qaldırsınlar.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə əlavə ediblər: Belə bir vəziyyətdə regionda İslami Oyanış Hərəkatı da başlandı və İslam İnqilabının təfəkkürü hərəkətindən özlərini geridə qalmış görən qərblilər, çaşbaşlıqla İslami Oyanış və siyasi İslamla qarşılaşmaq üçün meydana daxil oldular.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar: Qərb dünyası qarşısında tam güclü olmaq lazımdır. Çünki onlar kimsəyə rəhm etmədiklərini və insan haqları və görüntü xarakterli iddialarının əksinə olaraq, milyonlarla insanın da qətlə yetirilməsinin onların vicdanlarını kədərləndirməyəcəyini göstəriblər.

Yalançılıq və görüntü xarakterli hərəkətlər həyata keçirmənin, qərbli siyasətçilərin xislətlərindən olduğunu bildirən Həzrət Ayətullahülüzma Xamenei sonra belə bildiriblər: məsələnin batini budur ki, qərblilər, Xirosima qırğınından, Birinci və İkinci Dünya Müharibələrində milyonlarla insanın qətlə yetirilməsi və Pakistan, Əfqanıstan və İraqda günahsız xalqın qırğın edilməsindən narahatlıq hissi keçirmirlər və gələcəkdə də mənafelərinin xətərə düşdüyü zaman insanların qırğın edilməsi haqda da heç bir narahatlıq hissi keçirməyəcəklər. buna görə də müxtəlif siyasi, hökumət və məişət və xəlqi ərsələrdə daxili olan tam güclülüyü artırmaq lazımdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu