AsyaDünyaİranXƏBƏRLƏR

Ruhani: Ətraf mühitin mühafizəsi hökumətin prioritetidir

İran İslam Respublikası prezidenti ətraf mühitin mühafizəsini 11-ci hökumətin prioritetlərindən adlandırıb.

İRNA-nın məlumatına görə, Həsən Ruhani bu gün Təbii Sərvətlər Həftəsi və Ağacəkmə Günündə bir ağac əkdikdən sonra bildirib: Hökumət ətraf mühitin mühafizəsində həm daxili, həm regional, həm də beynəlxalq addımlar atacaqdır.
Ruhani jurnalistlərə söyləyib: Ətraf mühitin qorunması üçün bəzi addımlar region səviyyəsində atılmalıdır. O cümlədən toz dumanları problemini İran təklikdə həll edə bilməz.
6 mart İran İslam Respublikası təqvimində Ağacəkmə Günü adlandırılmışdır.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei də çərşənbə günü bir ağac əkdikdən sonra İran xalqı və rəsmilərindən yaşıllıq məsələsinə əhəmiyyət vermələrini və ölkə və xalqın həyatının bu böyük nemətdən məhrum olmasına imkan verməmələrini istəyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu