İmam Xomeyni (rə) hüseyniyyəsi İmam Həsən Muctabanın (ə) səadətli miladı gecəsində mədəniyyət və incəsənət xadimləri, fars dili və ədəbiyyatı müəllimləri, ölkənin qocaman və gənc şairləri və Əfqanıstan, Tacikistan və Hindistanın farsdilli şairlərinə ev sahibliyi edib.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə ölkə şerində diqqəti cəlb edəcək irəliləyiş, inkişaf və davamlı hərəkətə toxunaraq xatırladıblar: Şer incəsənətin ən ali nümunələrindən biridir və şairlərin ölkənin əsas məsələləri, tarixi və ilhamverici İslam İnqilabının hərəkəti qarşısında ağır məsuliyyətləri vardır. Bu fəxrli və köhnəlməyən incəsənəti bu böyük məsuliyyətlərin yerinə yetirilməsinin xidmətinə vermək lazımdır.
Həzrət Ayətullahülüzma Xamenei cəmiyyətin məsələləri ilə qarşılaşmada şairin məsuliyyətli olmasını bildirərək əlavə ediblər: Bu gün İran xalqının tarixi əzəmətli hərəkəti böyük bəşəri məcmuələrin ilhamvericisidir və İslam İnqilabı məsələsi və beynəlxalq imperializm quruluşu və beynəlxalq zorakılıqlar qarşısında müqavimət şairlərin şerində özünü təcəssüm etdirməlidir.
İnqilab Rəhbəri Müqəddəs Müdafiə dövründə 8 illik cihad, islam ictimaiyyətinin qurulması üçün cihad, həyat tərzinin islahı sahəsində cihad, milli iqtidarın qurulmasına möhkəmlik bəxş edən cihad və islami oyanış və Fələstin kimi məsələləri şairlərin şerində əks etdirilməli olan digər önəmli məsələlər adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından öncə bir qrup şair əxlaq, din, ayin, siyasi, inqilab və ictimai məzmunlardakı şerlərini oxuyub.
Bu görüşün əvvəlində şairlər İslam İnqilabının Böyük Rəhbəri ilə səmimi atmosferdə yaxından söhbət ediblər.
Görüş iştirakçıları həmçinin məğrib və işa camaat namazını Həzrət Ayətullahülüzma Xameneinin imamlığı ilə qılıb və öz oruclarını onunla birlikdə iftar ediblər.


