İranXƏBƏRLƏR

“Xalqın səsi Həqqun-Nasdır”

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər İmam Xomeyni (rə) hüseyniyyəsində səsvermə məntəqəsində olaraq səs verdikdən sonra belə deyiblər: Xalqın səsi Həqqun-Nasdır (xalqın haqqı).

Böyük Rəhbər üzünü amerikalılara tutaraq deyib: Əgər İranda seçkiləri qəbul etmirsinizsə, etməyin.

Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədəki səsvermə məntəqəsində olaraq səs verib və bildiriblər: İran xalqının seçkilərdə geniş iştirakı İran İslam Respublikası xalqı və quruluşu üçün xeyir, bərəkət, səadət və rifaha səbəb olur.

Həzrət Ayətullahülüzma Xamenei ümidvarlıq ediblər ki, İran xalqı prezident və şəhər və kənd islam şuraları namizədlərini düzgün tanıyaraq ən mömin və ən bacarıqlı şəxsləri seçəcəklər.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin seçki qutuları və səslərin sayılması üzrə məsul şəxslərə tövsiyə ediblər ki, öz yanında əmanət olan xalqın səslərinin qorunmasında bütün diqqətlərindən faydalansınlar və heç kimin haqqı tapdalanmasın.

İslam İnqilabının Böyük Rəhbəri bugünkü seçkilərdə səs verməmək məqsədilə iranlılar arasında bədbinliyin yaradılması ilə bağlı düşmənlərin cəhdləri barəsində bildiriblər: Bu məkrli plan həm düşmən medialarında, həm də İran xalqının bədxahları olan ölkələrin siyasətçilərinin açıqlamalarında tam açıq-aydın müşahidə olunur.

“İran xalqı düşmənin mənfi hərəkətlərinə etina etmədən, öncələr olduğu kimi seçkilərdə geniş və qəhrəmancasına iştirakla quruluşun bədxahlarının məkrli planlarını zərərsizləşdirir” –deyə Böyük Rəhbər vurğulayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu