DünyaXƏBƏRLƏR

Ərəbistan həcc və ümrəni təxirə salır

Ərəbistan görünməmiş bir hərəkətdə dünya müsəlmanlarından istəyib ki, Məscidül Həramda tikinti-quraşdırma əməliyyatları səbəbi ilə öz həcc və ümrə səfərlərini təxirə salsınlar.

Ərəbistan rəsmiləri bu ölkənin peyk telekanalları vasitəsilə yayımlanan bildirişdə dünya müsəlmanlarından istəyiblər ki, həcc və ya ümrə səfərlərini təxirə salsınlar.
Ərəbistan rəsmiləri 10 il öncədən Məkkədə İslama aid tarixi əsərləri və binaları məhv etməyə başlayıblar. Onlar dini turizmin genişləndirilməsi zərurəti adı altında tarixi binaları məhv etməyə çalışırlar. Turizmin böyük gəlirə malik olması onları bu sahəni inkişaf etdirməyə məcbur edir.
İndiyə kimi Məkkədə İslama aid bir çox tarixi əsər otel, ticarət mərkəzləri və digər təmtəraqlı binaların tikilməsi üçün məhv edilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu