DünyaXƏBƏRLƏR

İnsan Haqları Gözətçisi Təşkilatı Amerikanın casusluq proqramlarını tənqid edib

İnsan Haqları Gözətçisi Təşkilatı, texnologiya sahəsində çalışan 20-dən çox şirkət və 30-dan çox qeyri-hökumət təşkilatı ilə birlikdə bir məktub göndərərək, Amerikanın casusluq proqramlarını tənqid edib, bu haqda daha artıq şəffaflığın göstərilməsini istəyib.

İnsan Haqları Gözətçisi Təşkilatının internet saytı məlumat veribdir ki, bu insan haqları sahəsində fəaliyyət göstərən təşkilatı cümə axşamı günü iyulun 18-də texnologiya sahəsində çalışan 20-dən çox şirkət və 30-dan çox qeyri-hökumət təşkilatı ilə birlikdə Amerikanın prezidenti Barak Obama və ABŞ Konqresinə bir məktub göndəriblər.

Bu məktubda Amerikanın prezidenti və bu ölkənin informasiya və Təhlükəsizlik təşkilatlarının müdirlər və Konqresin sədrindən istənilibdir ki, nəzarət hərəkətləri haqda daha artıq məlumatların əldə edilməsi üçün lazımi hərəkətləri həyata keçirsinlər.

Amerikanın Milli Təhlükəsizlik Agentliyinin keçmiş texniki podratçısı və CİA-in keçmiş işçisi Eduard Snovdenin ifşaçılıqları göstərir ki, Amerika dövləti mütəşəkkil və geniş formada bütün dünyada internet əlaqələri izləyir və telefon danışıqlarını dinləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu