2012-ci ildə Böyük Britaniyada intihar edən hərbçilərin sayı Əfqanıstanda döyüşlərdə ölən britaniyalı əsgərlərin sayını üstələyib.
BBC-nin “Panorama” televiziya proqramının məlumatına görə, ötən il ordunun 21 həqiqi hərbi qulluqçusu və 29 müharibə veteranı intihar ediblər.
Eyni dövr ərzində isə Əfqanıstanda B.Britaniya ordusunun itkiləri 44 əsgər təşkil edib və onlardan 40 nəfəri döyüş şəraitində ölüb.
B.Britaniya Müdafiə Nazirliyindən bildiriblər ki, “Əfqan sindromu” adı almış əsəbi xəstəlik səbəbindən ordunun şəxsi heyəti arasında intihar edənlərin sayı, müvafiq əmsal nisbətilə mülki vətəndaşlar arasında intihar edənlərin say əmsalından daha aşağıdır.
Keçən il Ordunun şəxsi heyəti arasında 7 əsgərin intihar etməsi hadisəsi qeydə alınıb. İntihar şübhəsi olan daha 14 nəfərin ölüm səbəbləri isə araşdırılmaqdadır və nəticələri hələlik açıqlanmayıb.
ABŞ-dan fərqli olaraq Britaniya höküməti sabiq hərbi qulluqçular arasında intihar statiskasını aparmır. Lakin BBC müstəqil mənbələrə istinadən müəyyən edib ki, 2012 ildə Birləşmiş Krallıq ordusunun 29 müharibə veteranı intihar edib