İranXƏBƏRLƏR

İran vasitəsi ilə AR-dən NMR-ə 1 mlr. 800 mln. kubmetr qaz dəyişdirilir

İran vasitəsi ilə AR-dən NMR-ə 1 mlr. 800 mln. kubmetr qaz dəyişdirilir
Səhər TV, Xəbərlər- İran ötən səkkiz ildə Azərbaycan R-dan Naxçıvan Muxtar Respublikasına bir milyard 750 milyon kubmetrdən yuxarı qazı dəyişdirib.

Neft və Enerji üzrə İnformasiya şəbəkəsi(ŞANA)-nın məlumatına görə, İranın Milli Qaz İxracatı Şirkəti bildirib ki, 2005-2013-cü illər arasında İran Azərbaycan R-dan idxal olunmuş 1 milyard 751 mln. 922 min 800 kubmetr təbii qazı dəyişdirmə yolu ilə Naxçıvana ötürüb.
İranın Milli Qaz İxracatı Şirkətinin məlumatına əsasən, AR qazının İran vasitəsi ilə Naxçıvana dəyişdirildiyi ən yüksək göstərici 2012-ci ildə 347 mln. kubmetr olub.
İran və Azərbaycan R-nın təbii qazının dəyişdirilməsi və ya suapı üzrə müqavilə 2004-cü ildə iki ölkənin enerji rəsmiləri arasında imzalanıb.
Bu 25 illik müqaviləyə görə, İran gündə Azərbaycan R-dan təhvil aldığı 2 mln. kubmetrə yaxın təbii qazı İranın Astara sərhədi vasitəsi ilə Naxçivana ötürəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu