DünyaXƏBƏRLƏR

Əsgər anası: lazım gəlsə, balamı qəbirdən çıxardacağam

“Əsgər oğlumun  qatilləri tapılsın, lazım gəlsə, balamı qəbirdən çıxardacağam.”
Bunu Orduda intihar etdiyi deyilən əsgər Orxan Mirzəzadənin anası deyib.

Bunula bağlı Müdafiə Nazirliyi Tərtər rayonundakı N saylı hərbi hissədə xidmət edən əsgər Orxan Mirzəzadənin tabeliyindəki silahdan atəş açaraq özünü öldürdüyü ilə bağlı məlumat yayıb. Ailəsinə təhvil verilən meyit elə həmin gün də tez basdırılıb.
Qara xəbər əsgər ailəsinə martın 4-nə keçən gecə verilmişdi.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Orxan Mirzəzadənin dəfn günü qəsəbəyə giriş-çıxışın məhdudlaşdırıldığını deyən qonşuları hətta televiziyalara da çəkiliş üçün icazə verilmədiyini bildirdilər. Qonşuların sözlərinə görə, mərhumun tələm-tələsik basdırılması Mirzəzadə ailəsində şübhələr yaradıb.
Əsgərin yaxınları onun intihar etmədiyini, qətlə yetirildiyini iddia edir.
Siyasi partiyaların gənclər təşkilatları da onlara dəstək verib. Artıq 10 mart aksiyasına ciddi hazırlıq gedir, əsasən gənclər arasında təşkilatlanma var.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu