Təəssübkeş və ifratçı vəhhabilik son illərdə Suriya və İraqda öz zorakılığının ən vəhşi simasını nümayiş etdirdi və irimiqyaslı kütləvi qırğın və hətta uşaqlara da rəhm etməməklə sionizm kimi özünü büruzə verdi.
Təkcə müsəlmanlar deyil, dünyanın bütün xalqları bu zorakılıqdan təəccüb və dəhşət içindədirlər və özlərinə bu sualı verirlər ki, nə üçün bunlar bəşər qanına bu qədər susayıblar?
Zorakılıq vəhhabiliyin zatında
Hər şeydən daha təəccüblüsü və dəhşətlisi budur ki, təəssübkeş vəhhabilər hətta öz vəhhabi həmvətənlərinə də rəhm etmir və zorakılıq dalğasını oralara da sürükləyiblər ki, son aylarda Ər-Riyad və Ciddədəki partlayışlar bu vəziyyətin bariz nümunəsidir.
Vəhhabilərin zorakılıq xüsusiyyəti səbəb olub ki, bu il həcc mərasimində cümə namazı xətibləri namaz qılanların kütlələri qarşısında bu qrupu məzəmmət edərək və onların zorakılıqlarını pisləyərək bir çox məsələləri irəli sürüb və “La əl-təkfir; vəla əl-irhab” (nə başqalarını təkfir və terror etmək” şüarını veriblər.
İşin maraqlı yeri burasıdır ki, Ərəbistan hökuməti yəni vəhhabiliyin rəsmi icraçısı məcbur olub ki, “İrhab” (terrorizm) qarşısında önəmli konfrans təşkil etsin və terrorizmlə mübarizə istiqamətində müxtəlif ölkələri uyğun proqramların tənzimlənməsi üçün dəvət etsin!
Amma reallıq budur ki, terrorçular həmin təəssübkeş vəhhabilər özündən başqasının hamısını kafir hesab edir və onların qanını halal sayırlar.
Ərəbistan hökuməti də bu sahədə özünə bəraət qazandıra bilməz. Necə ki, ABŞ vəhhabilərin Suriyadakı və sionist rejimin Fələstindəki cinayətləri sahəsində özünə bəraət qazandıra bilmir.
***
Vəhhabilərin düşmənçiliyi Quran-Kərimin təlimləri ilə:
Quranda 114 surə vardır ki, onların hamısı biri istisna olmaqla Allahın tam və xüsusi rəhməti və mehribanlığına işarə edən Rəhman və Rəhim Allahın adı ilə başlanır.
Quran-Kərim açıq-aşkar əziz islam peyğəmbəri Həzrət Məhəmmədə (s.ə.s) deyir: Biz səni sərt və daşürəkli etmədik. Əgər belə olsaydı, insanlar sənin ətrafından uzaqlaşardılar. (وَلَوْ کُنْتَ فَظّاً غَلِیظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلک)
İslam rəvayətlərində oxuyuruq: هَلِ الدِّینُ إِلاَّ الحُبُّ . Din məhəbbətdən başqa bir şeydirmi?
Vəhhabilikdəki zorakılığın kökü nədir?
Vəhhabilərin öncülü Məhəmməd Bin Əbdül-Vəhhab 1115-ci hicri qəməri ilində Hicaz şəhərlərindən olan kiçik bir şəhərdə Üyəynədə dünyaya göz açıb və 1207-ci ildə dünyasını dəyişib.
Atası Hənbəli məzhəbinin qazilərindən olub və uşaqlıqda onun yanında dərs alıb. “İzalətül-şübəhat” kitabının müəllifi yazır: O uşaqlıqda 6-cı hicri qəməri əsrində yaşayan İbn Teymiyyə və İbn Qəyyum Couzinin kitablarını mütaliə etməyə çoxlu marağı var idi və düşüncələrinin əsasını bu iki şəxsdən alıb.
Bir çoxları yazıblar ki, atası onun gəncik yaşlarında anlamışdı ki, o çoxlu düşüncə yanlışlıqlarına malikdir, onun gələcəyindən nigaran olmuş, onu həmişə tənqid edir və belə işlərdən çəkindirirdi.
O çoxlu səfərlər etdi, bir müddət Məkkə və Mədinə, sonra isə Bəsrəyə getdi. Oradan isə İrana gəldi, bir müddət İsfahanda Mirzacan İsfahani adlı alimin yanında dərs oxudu, sonra Quma getdi və azacıq müddət orada qaldı. Sonra isə Osmanlı hökumətinin ərazisinə, Şama və Misirə getdi. Sonra Cəzirətül-Ərəbə (Ərəbistan yarımadası) qayıtdı və öz əqidələrini açıqlamağa başladı.
Onunla ilk müxalifətə qalxan qrup Hərimələ şəhərindən onu qovdu. O isə Üyəynə şəhərciyinə getdi. Onun qeyri-düzgün fikirləri Əhsa və Qətifin əmiri Süleyman İbn Məhəmmədə çatdı. Elə buna görə Üyəynə hakimi Osmana onu bu şəhərdən çıxarmaq göstərişi verdi.
Məntəqənin hakimi Qənizə qəbiləsindən MƏhəmməd ibn Səud adlı birisi idi. Şeyx Məhəmməd Vəhhab onunla görüşür və öz düşüncələrini onunla paylaşır və ona söz verir ki, onun köməkliyi ilə bütün Nəcd vilayətinə hökmranlıq edə bilər.
Məhəmməd ibn Səud, Səudiyyə krallarının böyük babası olaraq Məhəmməd ibn Əbdülvəhhabın düşüncələrindən istifadə edərək, öz hakimiyyətini genişləndirə biləcəyini hiss edir. Məhəmməd ibn Səud və Məhəmməd ibn Əbdülvəhhab İngiltərədən aldıqları yardım hesabına Hicazın müxtəlif şəhərlərinə hücum edir və vəhhabiliyi yaymaq və əslində işğalçılıq məqsədilə çoxlu qanlar axıdır, qırğınlar törədirlər, insanların mallarını qarət edirlər.
Məhəmməd Əbdülvəhhabın vəfat etməsindən sonra Səudiyyə kralları onun proqramlarını davam etdirir və öz hakimiyyət dairələrini genişləndirirlər. Nəhayət bütün Nəcd və Hicaz vilayətlərini öz nəzarətləri altına alırlar.
Vəhhabilər 1216-cı ildən sonra (təqribən Əbdülvəhhabın ölümündən 10 il sonra) yeni qənimətlər əldə etmək və yeni ərazilər ələ keçirmək məqsədilə tövhid adı altında bir neçə dəfə Kərbəlaya və Nəcəf şəhərinə hücum etdilər. Bir dəfə İmam Əli(ə)-ın ziyarət günlərində Kərbəla əhalisinin böyük hissəsinin Nəcəf şəhərində olmasından sui-istifadə edərək, gözlənilmədən Kərbəlaya hücum edirlər. Şəhərin divarını dağıdaraq, şəhərə daxil olur və minlərlə nəfəri küçə və bazarda qətlə yetirir, qadınlar və uşaqlara belə rəhm etmirlər. Əllərinə keçən hər şeyi yağmalayır və qiymətli əşyalar ilə zəngin olan İmam Hüseyn(ə)-ın pak hərəminə daxil olaraq, oranı viran edir və bütün dəyərli əşyaları qarət edirlər.
Vəhhabilər bunu “Allah yolunda cihad” və tövhidi rəvac vermək üçün mübarizə adlandırırlar.
Məhəmməd Əbdülvəhhab bir neçə kiçik kitabın sahibidir. O, bu kitablarda öz etiqadını çılpaq şəkildə bəyan edir.
O, İslam elmləri barədə az savada malik olub və heç vaxt mühüm İslami elm mərkəzlərində və ya böyük din alimləri yanında dərs almayıb. Elə buna görə də, çox aşkar səhvlərə yol verib. Təəssüflər olsun ki, öz yanlış düşüncələrində xeyli israrlı idi. Onun kitablarından biri Kəşfül-Şübəhat kitabıdır.
Məhəmməd Əbdülvəhhab tövhid və şirk ilə bağlı yanlış düşüncələrə malikdir və İslam Peyğəmbərindən(s.ə.s) şəfaət diləyən hər bir kəsi(halbuki, şəfaət diləmək Quran ayələri və rəvayətlərlə tam uyğunluğa malikdir) müşrik və kafir hesab edir, onların canı, malı və namusunu mübah(caiz) sayır.
Əfqanıstan xalqının Taliban tərəfindən qırğın edilməsi, əl-Qaidənin və təəssübkeş vəhhabilərin Pakistan və İraqda kor-koranə şəkildə qırğınlar törətmələri, Ənnüsrə və Şam və İraq Dövləti adlı qruplaşmaların Suriya xalqını qırğın etməsi, İranın Sistan və Bəluçestan Vilayətində terrorçuların zaman-zaman törətdikləri qanlı terrorlar vəhhabilərin pak olmayan rəftarlarıdır ki, şübhəsiz İslamın həqiqi düşmənləri yəni Amerika və Sionist rejimin maraqlarına xidmət edir. İnternetdə Azərbaycan şiələrinə qarş başladılan təhdidlər belə bir sualın yaranmasına səbəb olur ki, görəsən bu respublikadakı vəhhabilərin də kor-koranə terror aktları törətmək növbəsi də çatıb? Bunun qarşısını necə almaq olar?