
İran İslam Respublikası bir bəyanatda BMT İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhidin hesabatının rədd olunmasının səbəblərini açıqlayıb və onu bu şuraya təqdim edib.
İranın insan haqları üzrə yüksək səviyyəli heyətinin BMT İnsan Haqları Şurasına təqdim etdiyi 6 maddəlik bəyanatda İran tərəfindən Əhməd Şəhidin hesabatının rədd olunması və xüsusi məruzəçinin yenidən fəaliyyətə başlaması ilə əlaqədar qətnamənin ilkin mətninin əleyhinə səs verilməsinin zəruriliyinin səbəbləri açıqlanıb və bildirilib: Əhməd Şəhidin seçimli və siyasi xarakterli davranışları şuranın prinsip və məqsədlərini məchul vəziyyətlə üzləşdirib.
Bazar günü BMT-nin Avropa qərargahında bütün nümayəndəliklərə təqdim olunan bu bəyanatda vurğulanıb: BMT İnsan Haqları Şurasının təsis olunmasının əsas səbəblərindən biri ikili standartların tətbiq olunması və siyasi motivlərə əsasən insan haqları mövzusu ilə seçimli şəkildə davranışlarla mübarizə olmuşdur. Lakin İran barəsində qətnamənin ilkin mətni bu şuranın təsis olunması ilə əlaqədar məqsədləri ilə ziddiyyətdədir.
İranın insan haqları üzrə yüksək səviyyəli heyətinin bu bəyanatında bildirilib: ABŞ və Avropa dövlətləri tərəfindən təklif olunan və onların dəstəyi ilə təyin olunan xüsusi məruzəçi vəzifəsini icra etməyə başladığından televiziya kanallarında İran İslam Respublikasına qarşı geniş formada təbliğata başladı və tamamilə bitərəflik mövqeyindən çıxdı. Halbuki bu vəzifənin zəruri məsələlərindən biri tam bitərəfli olmaqdır.
Bu bəyanatda əlavə olunub: Əhməd Şəhid öz hesabatında tam sistematik şəkildə Rigi, Pjak və bir neçə ay öncəyə qədər ABŞ və Avropa Birliyinin terrorçu qruplaşmalar siyahısında adı olan Münafiqlər kimi terrorçu qruplaşmaları müdafiə edir, onları öz hesabatında insan haqları müdafiəçisi kimi tanıtdırır. Halbuki dəqiq sənəd və faktlara əsasən İranın 20 mindən çox günahsız vətəndaşının terror olunmasında Münafiqlər qruplaşmasının rolu açıq-aydındır.
Bəyanatda bildirilir: Əhməd Şəhid öz hesabatında İranın elmi, texniki və demokratik inkişaf və nailiyyətləri, İslam Respublikasında qadınların ali təhsilə malik olmaları və onların bütün sahələrdəki rolu və fəaliyyətlərini görməməzliyə vuraraq İran İslam Respublikasında seçkilər prosesi barəsində də açıqlama vermişdir.
İranın insan haqları üzrə yüksək səviyyəli heyəti İranda seçki proseslərində qanun pozucuları və iğtişaş amillərinin iştirak etməməsinə görə bu prosesin qeyri-sağlam olması ilə əlaqədar Əhməd Şəhidin açıqlaması barəsində bildirib: Həqiqi məruzəçi seçki qanunları və siyasi və hüquqi qrupların azadlıq sərhədini dəqiq şəkildə araşdırmalıdır. Lakin Əhməd Şəhid bunun və şəxslərin hüquqlarının izlənilməsi yerinə siyasi xarakterli mövqeyi seçməklə kifayətlənib və İranda növbəti prezident seçkilərini öncədən hakimlik yolu ilə sual altına aparmağa çalışıb.
Bu bəyanatda bildirilir: İnsan Haqları Şurasının xüsusi məruzəçisi insan haqlarının inkişafına heç bir kömək etmir. Üstəlik tam əks istiqamətdə BMT və İnsan Haqları Şurasının imicinin zəifləməsi və yararlılığında mənfi baxışların yaranmasına səbəb olur. Buna görə insan haqlarının güclənməsi yalnız konstruktiv əməkdaşlıq və anlaşmaya əsaslanan həll yolları vasitəsi ilə reallaşa bilər.