
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi Məhəmməd Cavad Laricani İranın ikinci telekanalı ilə müsahibədə BMT-nin İnsan Haqları Şurasının mexanizmini qəbul və insan haqları ilə bağlı ən yaxşı hesabatı təqdim edən bir ölkə olan İran üçün insan haqları üzrə xüsusi məruzəçinin təyin edilməsi qeyri-qanunidir.
Məhəmməd Cavad Laricani BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Əhməd Şəhidin İranda insan haqlarının vəziyyəti ilə bağlı 4-cü hesabatına işarə edərək, deyib: Qərb ölkələrinin BMT-nin mexanizmlərindən İran kimi müstəqil ölkələrə qarşı sui-istifadə etmələrinə görə hazırda insan haqları gülünc vəziyyətlə üzləşib.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının katibi BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisinin İran qarşısında BMT-nin nizamnaməsi və təyin olunmuş qanunlar çərçivəsində rəftar etmədiyini vurğularaq deyib: Əhməd Şəhidin sözləri ABŞ və İsrailin iddialarının təkrarıdır.
BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Əhməd Şəhid İranda insan haqlarının vəziyyəti ilə bağlı 4-cü hesabatında keçmişdə olduğu kimi əsassız iddialar irəli sürərək, İran İslam Respublikasını ictimai azadlıqları və söz azadlığını pozmaqda ittiham edib. Bu hesabat 11 Mart 2013-cü il tarixində BMT-nin İnsan Haqları Şurasına təqdim edilməlidir.
Əhməd Şəhid İranla bağlı hesabatlarının hazırlanmasında İran İslam Respublikası quruluşu ilə düşmən olan mənbələr tərəfindən verilən saxta və yalan informasiyalardan istifadə edir. Əhməd Şəhidin mənbə olaraq istifadə etdiyi şəxslər əsasən İrandan qaçan fitnə amilləri, əks inqilabçılar, separatçılar, terrorçular və azğın firqələrin üzvləridirlər.
