İran İslam Respublikası prezidenti deyib: Venesuelanın məhrum prezidenti Uqo Çaves Latın Amerikası xalqlarının ədalət və azadlıqsevərlik ruhunun təcəllisi idi.
Mahmud Əhmədinejad cümə günü Karakasın Beynəlxalq Simon Bolivar Hava Limanına daxil olduqdan sonra jurnalistlər qarşısında Uqo Çavesin vəfatı münasibətilə Venesuela və Latın Amerikası xalqlarına başsağlığı verərək, deyib: Uqo Çavesin düşüncələri və ideyaları dünyanın bütün azadlıqsevər xalqlarını birləşdirən bir halqa idi.
M.Əhmədinejad mərhum Uqo Çavesin dəfn mərasimində iştirak etmək üçün cümə günü Venesuelanın paytaxtı Karakasa daxil olub.