AfrikaAzərbaycanİranXƏBƏRLƏR

ABŞ-dan İran və Azərbaycana ağır ittiham

Əfqanistanı işqal edərək ölkədə narkotik maddələrinin istehsalını neçə qat artıran ABŞ  bunula bağlı  İran və Azərbaycan Respublikasını ağır ittiham edib!
ABŞ Dövlət Departamentinin “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya – 2013” adlı illik hesabatında yazılıb : “Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutlarının mərkəzində yerləşən Azərbaycan Respublikası heroin və digər narkotiklərin daşınmasında mühüm ölkədir”.
ABŞ Dövlət Departamenti əlavə edib : “Bununla belə  Azərbaycan Respublikasında narkotik maddələrdən istifadə və narkotik maddələrin becərilməsi çox kiçik miqyasdadır və əhəmiyyətli problem yaratmır”.
İran İslam Respublikasına qarşı düşmənçilikdə  hər bir bəhanədən kifayət qədər suistifadə edən  ABŞ Dövlət Departamenti iddia edib : “Hər il Azərbaycandan keçməklə 11 metrik ton heroin daşınır ki, bunların da əksəriyyəti ölkəyə İranın cənub sərhədlərindən daxil olur!”
ABŞ Dövlət Departamenti əlavə edib : “2011-ci ildə Azərbaycan Respublikasında narkotik maddə qaçaqmalçılığında iştiraka görə 2341 nəfər həbs olunub və həmin il Azərbaycanda 59 qanunsuz narkotik maddə istehsalı aşkarlanıb və nəticədə 20 kiloqram xaşxaş və 3,4 ton çətənə kolu məhv edilib”.
Qeyd etmək lazımdir ki, Əfqanistanın ABŞ tərəfindən işqal olunmasından sonra narkoticarət problemi region ölkələrində o cümlədən  İran və Azərbaycan da təhlükəsizliyə ciddi ziyan vuran məsələyə çevrilib və bu ölkələrin bu sahədə birgə mübarizəsini daha da vacib edib. İran İslam Respublikası indiyə qədər narkotrafiklə mübarizədə  minlərlə şəhid verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu