
Misir prezidenti Məhəmməd Mursinin mənzilinin təhlükəsizliyini təmin etməli olan təhlükəsizlik qüvvələri də öz postlarını tərk edərək, Qahirə Polis Mərkəzinin önündə aksiya keçirən əməkdaşlarına qoşulublar.
Belə ki, Mursinin yaşadığı evin təhlükəsizliyini təmin etməli olan təhlükəsizlik qüvvələri Misirin tanınmış polis zabitlərindən olan Mahmud Əbüləzzi himayə məqsədilə öz postlarını tərk edib və aksiya iştirakçılarına qoşulublar.
Yüzlərlə polis əməkdaşı dünən Qahirə Polis Mərkəzinin önündə aksiya keçirərək, daxili işlər nazirinin istefasını tələb ediblər.
Daxili işlər naziri təhlükəsizlik qüvvələrindən siyasi mənafe üçün sui-istifadə etməkdə ittiham edilir.