AfrikaXƏBƏRLƏR

Mursidən oğurlanmış hərbçi arvadına gözlənilməz tövsiyə: Boşan!

Misir prezidenti Sina səhrasında oğurlanmış mayor Məhəmməd əl-Cövhərinin həyat yoldaşına ərindən boşanmasını və yaşamağa davam etməsini tövsiyə edib!?
Səhər kanalı internet portalının əl-Aləm kanalına istinadla verdiyi məlumata görə Sina səhrasında oğurlanmış misirli hərbçi mayor Cövhərinin həyat yoldaşı Dəa Rəşad bildirib ki, Misir prezidenti Məhəmməd Mursi ona ya əri tapılana kimi səbir etməyi ya da, ərindən boşanaraq, həyatını davam etdirməsini tövsiyə edib.
Əl-Nas telekanalının qonağı olan Rəşad əlavə edib: Mursi itkin düşmüş hərbçilərin həyat yoldaşlarını səmimi olaraq qəbul etsə də, onlar Misirin bir nömrəli şəxsindən belə bir söz eşidəcəklərini gözləmirdilər.
İtkin düşmüş hərbçilərin taleyinə aydınlıq gətirilməsi istiqamətində heç bir işin görülmədiyini bildirən Dəa Rəşad onların boşanmaq yox, həyat yoldaşlarının geri qaytarılmasını istədiklərini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu