Rusiyanın Şimali Atlantika Alyansı NATO-dakı nümayəndəsi Suriyada müxalif qüvvələrin silahlandırılmasının mənfi nəticələri haqda xəbərdarlıq edib.
Aleksandr Qruşkov deyib: Hazırkı şəraitdə Suriyada müxalif qüvvələrin silahlandırılması bu ölkədə müharibə odunun daha da alovlandırılmasına xidmət edir.
A.Qruşkov əlavə edib: Suriya böhranına son qoymaq üçün müxalif qüvvələrə silah göndərmək və ya onları himayə etmək kimi hərəkətlərin qarşısı alınmalıdır. Çünki, bu kimi rəftarlar yalnız böhranın daha da dərinləşməsinə səbəb olacaq.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin havadan müdafiə sistemi olan S-300 zenit raket komplekslərinin Suriyaya təhvil verilməsi haqda deyib: Bu S-300 raket qurğuları qırıcı təyyarələri hədəfə almaq üçün layihələşdirilib. Bu raket kompleksləri vətəndaş müharibəsi və ya üzbəüz döyüşlər üçün nəzərdə tutulmayıb. Əlbəttə, əgər bu raket qurğuları Suriyada yerləşdirilərsə, xarici müdaxilələr qarşısında önləyici təsirə malik olmuş olar. Mən belə təsəvvür edirəm ki, bu raket kompleksləri məsələnin siyasi həll yolları haqda daha artıq fikirləşməyə imkan vermiş olacaq.