İran Bakının Poldəşt-Şahtaxtı sərhədini bağlamaq üzrə qeyri-adi hərəkətinə qətiyyətlə cavab verib
Bakının Poldəşt-Şahtaxtı sərhədini bağlamaq üzrə qeyri-adi hərəkəti və adi izləmələrin nəticəsiz qalmasının ardınca Biləsuvar və Culfa sərhədləri bağlanıbdır.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin media üzrə məsul şəxsi deyib: Azərbaycan Respublikası heç bir ziyanın baş vermədiyi Poldəşt sərhəd məntəqəsində naməlum bir şəxs tərəfindən bir traktorun atəşə tutulması bəhanəsi ilə və qeyri-adi bir hərəkətdə Poldəşt-Şahtaxtı sərhədini bağlayıb və iranlı sürücülər və müsafirlər üçün problemlərə səbəb olubdur.
O, əlavə edib: Beynəlxalq qayda-qanunlara əsasən, adətən sərhəd məntəqələrində bu cür cüzi hadisələrin baş verməsində iki ölkənin sərhədçiləri görüşür və məsələni həll edirlər. Lakin iranlı sərhədçilərin xahişlərinə rəğmən, azəri tərəf müzakirədən çəkindi və sərhədi bağlamaqla ikitərəfli razılaşmaları pozdu.
Seyid Məhəmməd Ayətullahi deyib: İranın Azərbaycan Respublikasının qeyri-adi addımları qarşısında iki gün təmkinliliyindən və cavab addımlarına dair lazımi xəbərdarlıqdan sonra çəkindirici hərəkətlər kimi Biləsuvar-Biləsuvar və Culfa-Culfa sərhədləri bağlandı.
Eyni zamanda İran İslam Respublikasının Bakıdakı səfirliyinin media üzrə məsul şəxsi vurğulayıb: İzləmələrin nəticəsiz olmasının ardınca Biləsuvar və Culfa sərhədləri bağlandı ki, gələcəkdə belə addımların təkrarlanmasının qarşısı alınsın.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşlarının müalicə üçün İrana səfərlərinin artmasının ardınca Azərbaycan dövləti puç bəhanələrlə sərhədlərin bağlanması və Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin qarşısının alınmasına çalışır.Hətta bu məqsədlə işğalçı və sionist İsrail rejimi ilə zahirən səhiyyə və müalicə müqaviləsi imzalayıbdır. Bir sərhəd hadisəsi bəhanəsi ilə Culfa-Poldəşt sərhədinin bağlanması bu çərçivədədir.