Rusiyanın xarici işlər naziri Qərbin İrana qarşı sanksiyalarının azaldılmasını istəyib.
Sergey Lavrov qərb ölkələrindən istəyib ki, İrana qarşı sanksiyalarını azaltsınlar. O, həmçinin Suriya məsələsi ətrafında keçiriləcək Cenevrə-2 konfransına işarə edərək, vurğulayıb: Bu konfransın mövzusu Suriya quruluşunu təslim olmağa vadar etmək olmamalıdır və İranın bu konfransda iştirakı onun uğur qazanmasının şərti sayılır.
Rusiyanın xarici işlər naziri habelə söyləyib: Suriya hökumətinin müxalifləri sülh konfransında iştirak üçün önşərt təyin etməməlidirlər.
O, suriyalı silahlı qiyamçıları silahlandıran ölkələrdən də istəyibdir ki, Suriyada su yerinə qan axıdılmasından çəkinsin və özlərini bu ölkə böhranına son qoymaq üçün siyasi prosesə sadiq bilsinlər.
