AsyaDünyaİranXƏBƏRLƏR

İran Cənubi Pars qaz yatağında yeni bir uğura imza atır

İİR-nin neft naziri bu ölkənin cənubunda yerləşən Cənubi Pars qaz yatağındakı istehsal miqdarının yenə də artacağından xəbər verib.

Bijən Namdar Zəngənə bu gün şənbə (5 aprel) media mənsublarına verdiyi açıqlaması zamanı deyib: 1393-cü hicri şəmsi ilinin sonuna qədər Cənubi Pars qaz yatağının prioritet təşkil edən fazalarının fəaliyyətə başlaması ilə gündəlik olaraq bu yatağın istehsal miqdarına 100 milyon kub metrdən çox qaz əlavə ediləcək.
Zəngənə həmçinin Yeni hicri-şəmsi ilində Cənubi Pars qaz yatağı fazalarının genişləndirilməsi proqramı haqda deyib: 12-ci ,15-ci, 16-cı, 17-ci və 18-ci fazalardan ibarət olan Cənubi Pars qaz yatağının prioritet təşkil edən fazalarının əksər obyektləri istehsal xəttinə daxil olacaqlar.
İran dünyada qaz ehtiyatları baxımından birinci ölkədir. Bu sıralamada Rusiya ikinci yerdə durur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu