AsyaDünyaXƏBƏRLƏR

İran Cenevrə -2 konfransında iştirak etməyəcək

İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Cenevrə-2 konfransında İranın iştirak etməyəcəyini bildirib.

Hüseyn Əmir Abdullahiyan İRNA ilə müsahibədə bəyan edib: Suriya haqda keçiriləcək Cenevrə-2 konfransında İranın iştirak etməməsinin səbəbi Amerikanın İrana qarşı ilkin şərt qoymasıdır.

O əlavə olaraq deyib: İran rəsmiləri dəfələrlə açıq şəkildə elan etmişdilər ki, Tehran ilkin bir şərt qoyulmadan və qeyd-şərtsiz olaraq bu konfransda iştirak etməyə hazırdır. Lakin bu konfransda İranın iştirakı üçün Amerika tərəfindən qoyulan şərtlərə görə , İran bu konfransda iştirak etməyəcək.

İran xarici işlər nazirinin müavini xatırladıb: Cenevrə -1 konfransında və oradan tənzimlənən bəyanatda İranın rolu olmamışdır. Bunun üçün də Cenevrə-2 görüşündə iştirak etməyə israrlı deyil.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu