Sionist rejim mənbələri Amerikanın bu rejimə silah yardımları etməsindən xəbər verirlər.
Əl-Minar qəzeti sionist rejim mənbələrinə istinadən belə yazıb: Amerika İşğal Edilmiş Fələstin Məntəqələrinə modern silah yükləri göndərmək və sionist rejiminə yardım etməklə çalışır ki, bu rejimi özünün himayələri haqda əmin edərək, sionist İsrail rejiminin regiondakı silah baxımından üstünlüyünə zəmanət versin.
Sionist mənbələrin bildirdiyinə görə, bu hərəkət, Amerikanın fələstinlilərlə israillilər arasında təslimçi saziş müzakirələrində vasitəçilik üzrə səyləri ilə əlaqədardır və İşğal Edilmiş Fələstin ərazilərində qeyd edilən silah yüklərinin sionist rejim cəbbəxanalarına köçürülməsinə start verilibdir.
Amerikanın nəzarəti altında Fələstin Muxtariyyət Təşkilatı ilə sionist rejim arasında təslimçi saziş müzakirələrinin davam etdiyi bir halda, ABŞ daim Fələstin xalqının hüquqlarına laqeyd yanaşaraq, daim sionist İsrail rejiminin mənafelərinin himayəçisi olubdur.