İranXƏBƏRLƏR

İran medialarına qadağa, söz azadlığının aşkar formada pozulmasıdır.

Bir rəy-sorğusuna əsasən Press TV-nin auditoriyasının əksəriyyəti Qərbin İran telekanallarına qarşı kampaniyalarını pisləyiblər.

Bu rəy-sorğusunda iştirak edənlərin 93 faizi Qərbin peyk şirkətlərin tərəfindən İran medialarına qarşı qadağanın söz və ifadə azadlığının aşkar şəkildə pozulması olduğunu bildiriblər.

Peyk xidmətləri verən İntelsat şirkəti ötən günlər ərzində İran telekanalları, o cümlədən Press TV-yə daha peyk xidmətləri verməyəcəyini bildirdi. Bu qərar Amerika tərəfindən İran İslam Respublikası Teleradio Təşkilatının sədrinə qarı tətbiq edilən sanksiyalar bəhanəsi ilə çıxarılıb.

İntelsat, Amerika dövlətinin bu şirkətə İran İslam Respublikası Teleradio Təşkilatının yayım icazəsi üzrə müqavilənin müddətini uzatmaması haqda göstəriş verdiyini bildirərək, iyul ayının əvvəlindən İrana xidmətlərin verilməsini dayandıracağını bildirdi.

Press TV və bir neçə başqa İran telekanalı 2012-ci ilin yanvar ayından Avropa dövlətləri və peyk şirkətlərinin misilsiz hücumlarına məruz qalıblar.

Avropa şirkətləri bu hərəkətlərinin İrana qarşı sanksiyalar istiqamətində olduğunu bildirirlər. Buna rəğmən Avropa Birliyinin Xarici Siyasət sədrinin sözçüsü Mişel Mann Press TV-yə mediaların bu sanksiyalara şamil edilmədiyini bildirdi.

Bu elə bir haldadır ki, Eutelsat-ın fransız-sionist sədri Mişel De Rozen Asiya və Avropa peyk şirkətlərinə xitabən bir məktubda onlara xəbərdarlıq etmişdir ki, İran telekanallarını peyklərindən çıxarmadıqları təqdirində, onun göstərişlərindən nafərmanlığın mənfi nəticələri ilə üzləşmək üçün hazır olsunlar.

Amerikada İsrail Lobbisi də aşkar formada avropalıların Press TV telekanalının peyklərdən çıxarılmasını himayə edibdir.

Media fəalları, Qərbin İran Telekanallarına qarşı geniş hücumlarının Avropa dövlətlərinin söz və ifadə azadlığı ilə mübarizə olduğunu bildiriblər. Həmən Avropa ölkələri ki, daim söz və ifadə azadlığı iddiaçısıdırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu