AsyaAvropaXƏBƏRLƏR

İran: Ekspertlər iclası az irəliləyişə malik olub

İran, Tehran ilə dünyanın altı böyük qüdrəti arasında İsveçrənin Cenevrə şəhərində baş tutan ekspertlər iclasının çox az irəliləyişə malik olduğunu bildirib.

İranın xarici işlər nazirinin müavini Abbas İraqçı dünən şənbə günü, müzakirələrin başlanmasından 3 gün sonra bu barədə açıqlama verib.
Tərəflər Cenevrə anlaşmasının icra metodları ilə bağlı müzakirələri bu gün də davam etdirəcəklər.
Müzakirələrdə iranlı heyətə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Məsələlər Baş İdarəsinin müdiri Həmid Bəidinejad sədrlik edir. Heyətin tərkibində nüvə məsələləri, bank işləri, neft, yüklərin daşınması və tranzit məsələləri üzrə ekspertlər yer alır.
5+1 Qrupunun nümayəndə heyətinə isə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Aştonun müşavirlərindən Stefan Klement rəhbərlik edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu