
İran Fars Körfəzi Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının reaksiya verdi bəyanatına
İran İslam Respubilkası Xarici İşlər nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının 126-cı iclasının bəyanatında İran haqda irəli sürülən ittihamları qəbuledilməz və İranın daxili işlərinə yersiz müdaxilə adlandırıb.
Ramin Mehmanpərəst Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adalarının İran İslam Respublikasına məxsus olduğunu deyərək, vurğulayıb: Əsassız iddiaların irəli sürülməsi həqiqətləri dəyişə bilməz.
R.Mehmanpərəst əlavə edib: Region ölkələri yaxşı olar ki, qondarma ittihamlar səsləndirmək yerinə İran İslam Respublikası müqabilində müsbət və konstruktiv rəftarlara yer versinlər. Belə olarsa bu bütün regionun xeyrinə olar.
İranın XİN sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasının İran ilə Altılar qrupu arasındakı Almatı müzakirələrində heç bir irəliləyişin olmaması haqdakı iddiasını da bu haqda məlumatsızlıqdan qaynaqlanan məsələ adlandırıb və deyib: Ümidvarıq bu şuranın üzvləri məsələləri daha artıq diqqətlə izləyərək, onları düzgün dərk etsinlər.