İranSuriyaXƏBƏRLƏR

Salehi: Region ölkələrinin yanlışlıqları Suriyanın vəziyyətini mürəkkəbləşdirir

İran İslam Respublikasının xarici işlər naziri bəzi region ölkələri tərəfindən yanlışlıqların təkrarlanmasını Suriya vəziyyətinin mürəkkəbləşməsinə səbəb hesab edib.

Əli Əkbər Salehi Suriyanın Ərəb Liqasındakı yerinin bu ölkə müxaliflərinə verilməsi ilə əlaqədar bu liqanın qərarına toxunaraq deyib: Suriya böhranının həllində yanlışlıqlar baş verib.

İranın Suriyada qarşıdurmaların son qoyulmasını istədiyini vurğulayan Salehi əlavə edib: Suriyada gündə 100 nəfərin qətlə yetirilməsi qəbuledilməz hərəkətdir və Suriya ilə əlaqədar bəzi ölkələr tərəfindən atılan addımlar bu ölkədə kobudluqları artırır.

İranın xarici işlər naziri söyləyib: Qərbin təhlükəsizlik təşkilatlarının etiraf etdiyinə əsasən Suriyada terrorçu olan üsyançı və muzdlulara maliyyə yardımı və silah-sursatın göndərilməsi bu ölkənin günahsız əhalisinin kütləvi şəkildə qırğınının davam etməsi ilə nəticələnib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu