Bakıda dini fəallar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəməsi təxirə salınıb.
Vəkil Yavər Hüseyn bildirib ki, avqustun 5-də Səbail Rayon Məhkəməsində keçiriləcək hazırlıq iclası prokuror gəlmədiyinə görə avqustun 12-nə təyin edilib.
Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar. Dini fəallara dövlət əmlakını qəsdən məhvetmə və zədələmə ittihamı irəli sürülüb!!