Bu gün Səbail Rayon Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının qapısını yandırmağa cəhddə təqsirləndirilən dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin qapısını yandırmağa cəhddə, özgə əmlakını qəsdən məhvetmə və zədələmədə ittiham olunurlar.
Dindarların vəkili öncələr bildirmişdir ki, məhbuslara İran İslam Respublikası və Hacı Tale Bağırova qarşı yalan ifadə vermək məqsədi ilə “Bandotdel”də işgəncə edilib.
Vəkil bildirib :İşgəncə edənlər Röyal və Bəxtiyardan tələb ediblər ki, onları ittiham kimi göstərilən işi görməyə kimin təşviq etdiyini bildirsinlər.
Bütün işgəncələrə baxmayaraq Röyal deyib ki, bu barədə onlara nə tapşırıq, nədə ki, göstəriş verilməyib. Onlar sadəcə hicaba olan qadağaya, ruhanilərin həbsinə və onlardan əvvəl həbs olunan Hacı Tale Bağırovun həbsinə etiraz ediblər.