İran İslam Respublikası Prezident saytından alınan xəbərə görə İran İslam Respublikası ilə Avurturya Respublikası, əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün 4 ədəd əməkdaşlıq protokolu imzaladı.
Bu əməkdaşlıq protokolu İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Avstriya Respublikasının Prezidenti Heinz Fischer hüzurunda iki ölkənin üst səviyyə səlahiyyətliləri tərəfindən imzalandı.
İran İslam Respublikası Ətraf Qoruma Təşkilatı ilə Avstriya Respublikası Federal Kənd Təsərrüfatı, Meşə, Ekologiya və Su Rəhbərliyi Nazirliyi arasında əməkdaşlıq protokolunun imzalanması İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Avstriya Federal Kənd Təsərrüfatı, Meşə, Ekologiya və Su Rəhbərliyi naziri Andra Rupprechter tərəfindən reallaşdı.
İran Sənaye, Mədənlər və Ticarət naziri Muhammedrıza Nimetzade ilə Avstriya Baş nazir Köməkçisi və Elm və Araşdırma naziri Reinhold Mitterlehner də 8. İran-Avstriya İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın təşkili üçün əməkdaşlıq protokolu imzaladı.

